×
A
A
A
Sazlamalar

Masallıda “İnsan hüquq və azadlıqlarının yaratdığı məsuliyyət” mövzusunda tədbir keçirilib

Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı rayon Cəfər Cabbarlı adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “İnsan hüquq və azadlıqlarının yaratdığı məsuliyyət” mövzusunda tədbir keçirilib.
DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Masallı rayon Cəfər Cabbarlı adına Mərkəzi Kitabxananın direktoru Ələddin Nəzərov çıxış edərək bildirib ki, hər il olduğu kimi, respublikamızda Ombudsmanın təşəbbüsü ilə 21 avqust-21sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində tədbirlər keçirilir. Bu tədbirlər hüquq mədəniyyətinin inkişaf etdirilməsinə və insan hüquqlarının təbliğinə öz töhfəsini verir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov çıxışında qeyd edib ki, “Sülh aylığı” çərçivəsində keçirilən tədbirlər əhalinin müxtəlif təbəqələrinin diqqətini sülhün vacibliyinə cəlb etməyə, insanların hüquq düşüncəsinin inkişaf etdirilməsinə yönəldilib.
Mövzu ilə bağlı Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və başqaları fikirlərini bildiriblər.

Din 2019-08-26 17:14:00