KXDR nəhəng buraxıcı qurğunun uğurlu sınağını keçirib
Bakı, 25 avqust, AZƏRTAC
KXDR bir neçə raketi buraxmağa qadir olan nəhəng buraxıcı qurğunu uğurla sınaqdan keçirdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, Yonhap agentliyinin Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla yaydığı məlumata görə, sınağa Kim Çen In rəhbərlik edib. Test buraxılışı sistemin bütün taktiki və texnoloji xarakteristikasının verilmiş meyarlara çatdığını göstərib.
Xatırladaq ki, şənbə günü səhər Şimali Koreya Yapon dənizi istiqamətində yaxın mənzilli ballistik raket olduğu ehtimal edilən iki buraxılış həyata keçirib. Raketlər 380 kilometr məsafə qət edib, uçuş hündürlüyü isə maksimal nöqtədə 97 kilometrə çatıb.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır