Regionlarda fəaliyyət göstərən qurumların kollektivlərinin fövqəladə hallarda davranış qaydalarına dair bilikləri artırılır
Bakı, 24 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi Ağdaş Regional Mədəniyyət İdarəsinin Göyçay rayon nümayəndəliyi ilə nazirliyin bu regionlarda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, toplantıda nazirliyin əməkdaşları və mədəniyyət işçiləri iştirak ediblər.
Məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlığından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydaları kimi mövzularda kollektivin biliklərinin artırılması olub.
Tədbirlərdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın”, “Çimərlikdə təhlükəsizlik qaydaları” və “112 qaynar telefon xətti” mövzularında məruzələr dinlənilib.
Sonda mövzulara dair videoçarxlar nümayiş olunub və iştirakçılara maarifləndirici çap materialları paylanıb.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb