×
A
A
A
Sazlamalar

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb

Bakı, 24 avqust, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qəbul qaydalarına uyğun olaraq agentliyin sədri Ülvi Mehdiyev vətəndaşlarla növbəti görüşünü həyata keçirib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə müraciətlər əsasən işlə təmin edilmə ilə bağlı olub. Həmçinin müxtəlif ideya və təkliflər dinlənilib.
Müvafiq müraciətlər cavablandırılıb, həll edilməsi araşdırma tələb edən məsələlər ilə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Sosial 2019-08-24 10:23:00