Misirdə ev heyvanları üçün ilk otel açılıb
Qahirə, 23 avqust, AZƏRTAC
Misirin tanınmış Hurqada kurort şəhərində ev heyvanları üçün ilk otel açılıb.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, yeni otel turistlərin özləri ilə istirahətə gətirdikləri müxtəlif ev heyvanları üçün rahat nömrələr təklif edir. Burada heyvanlar üçün oyun meydançaları, su hovuzu və baytarlıq klinikası var. Xüsusi restoranda isə heyvanlar üçün toyuq əti, balıq və digər qida məhsullarından ibarət menyu hazırlanıb. İtlər üçün mühafizə xidmətləri və peşəkar kinoloqların keçirəcəyi tədris oyunları da nəzərdə tutulur.
Qırmızı dəniz baytarlar assosiasiyasının başçısı Vahid Rifaat bildirib ki, bir çox turistlər sevimli ev heyvanlarını evdə qoyub gələ bilmədikləri üçün Hurqadaya gətirirlər və onlar otellərin heyvanları qəbul etməmək problemi ilə üzləşirlər. Yeni yaradılan otelin əsas məqsədi bu problemin həll edilməsi və turistlərin istirahəti üçün hər cür şəraitin yaradılmasıdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır