×
A
A
A
Sazlamalar

Rusiyada yetim uşaqlar yeni mənzillə təmin olunacaqlar

Bakı, 23 avqust, AZƏRTAC

Qəzalı evlərdə mənzil alan yetim uşaqlara Rusiyanın Perm vilayətində ilin sonunadək yeni mənzil verəcəklər. Uşaqlar onlar üçün ayrılan 52 mənzilə köçürüləcəklər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla bildirir ki, bu barədə sözügedən regionun Tikinti Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, yetim uşaqların hazırda yaşadıqları bina tikinti normaları pozulmaqla tikilərək qəzalı vəziyyətə düşdüyündən Perm vilayətinin Nıtva şəhərində mənzillə təmin ediləcəklər.
Regionun büdcəsindən bu məqsədlə 50 milyon rubl ayrılıb.

Dünya 2019-08-23 18:35:00