×
A
A
A
Sazlamalar

Türkiyə polisi daha bir qədim kitabın satılmasının qarşısını alıb

Ankara, 23 avqust, AZƏRTAC
Türkiyə polisi Tekirdağ bölgəsində qaçaqmalçılara qarşı növbəti uğurlu əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, qaçaqmalçıların satmaq istədikləri 17 səhifəlik Tövrat təfsiri kitabı ələ keçirilib. Kitabın təxminən 1500 yaşı var.
Faktla bağlı iki nəfər saxlanılıb.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-08-23 17:26:00