×
A
A
A
Sazlamalar

Hollandiyada evsizlərin sayı son 10 ildə iki dəfə artıb

Bakı, 23 avqust, AZƏRTAC 

Hollandiyada evsizlərin sayı son 10 ildə iki dəfə artıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Hollandiya Statistika İdarəsinin araşdırmasına görə, 2009-cu ildə 18-65 yaş arasında olan evsiz insanların sayı 2009-cu ildə 17800 idisə, 2018-ci ildə bu rəqəm 39300-ə çatıb. Onlardan 57 faizi miqrant əsillidir. Şərq ölkələrindən olan miqrantların sayı isə 3 dəfə artaraq 6500-dən 18300-ə çatıb. Onların 16 faizini qadınlar təşkil edir. 18-30 yaş arası evsizlərin sayı isə 4 mindən 12600-ə qədər artıb. Evsizlərin 37 faizi Amsterdam, Rotterdam, Lahey və Utrext kimi böyük şəhərlərdə yaşayır. Ölkədə gizli yaşayan evsizlərin sayı isə siyahıya daxil edilməyib.

Dünya 2019-08-23 17:22:00