Qara dənizin Gürcüstan sahillərində yenidən qırmızı fənərlər yandırılıb
Tbilisi, 23 avqust, AZƏRTAC
Qara dənizin Gürcüstan sahillərində qasırğa barədə xəbərdarlıq elan olunub. Dəniz sahillərində, xüsusən də çimərliklərdə qırmızı fənərlər yandırılıb və insanlara suya girmək qadağan edilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti ictimaiyyətə müraciət edib. Müraciətdə deyilir ki, ölkə ərazisinin bəzi bölgələrində hava şəraiti kəskin dəyişəcək. Acarıstan Muxtar Respublikası, Quriya, Poti və Sameqrelo bölgələrində 3-4 bal gücündə qasırğa gözlənilir. Xidmət vətəndaşları və turistləri dənizə daxil olmamağa, təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Dənizə girməyə icazə verildikdə sahil xəttində ağ bayraqlar qaldırılacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır