×
A
A
A
Sazlamalar

İran polisi bir tondan çox narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb

Tehran, 23 avqust, AZƏRTAC

İranın polisinin Sistan-Bəlucistan vilayətində həyata keçirdiyi əməliyyat zamanı 1 ton 183 kiloqram narkotik vasitə müsadirə olunub.
AZƏRTAC xəbər verir ki, vilayət polis idarəsi operativ məlumat əsasında Əfqanıstandan İrana keçən yük maşınlarına baxış keçirib. Maşınların yük bölməsində narkotik vasitə aşkarlanıb. Polis rəisi Məhəmməd Qəmbəri bildirib ki, sürücü həbs edilib. İstintaq aparılır. Narkotik vasitə qaçaqmalçılıq yolu ilə İrana daxil olub və onun alıcısının axtarışına başlanıb.
M.Qənbəri deyib ki, qaçaqmalçılar İran ərazisindən tranzit kimi istifadə edib narkotik vasitələri qanunsuz yollarla Avropaya nəql edirlər. İran narkotik vasitələrin qaçaqmalçılığının qarşısını almaq üçün dəfələrlə Avropa dövlətlərindən yardım istəsə də, heç bir cavab almayıb.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2019-08-23 13:31:00