Donald Tramp G7 sammiti çərçivəsində görüşlər keçirəcək
Bakı, 23 avqust, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp G7 sammiti çərçivəsində Böyük Britaniya, Fransa, Yaponiya, Hindistan, Almaniya və Kanada liderləri ilə görüşəcək.
AZƏRTAC “TASS”a istinadla xəbər verir ki, bu sözləri ABŞ Administrasiyasının yüksəkvəzifəli nümayəndəsi brifinqdə deyib. “Biz gözləyirik ki, o, bir sıra ölkə liderləri ilə, o cümlədən Birləşmiş Krallığın Baş naziri B.Conson, Fransa Prezidenti E.Makron, Yaponiyanın Baş naziri Ş.Abe, Hindistanın Baş naziri N.Modi, Almaniyanın Kansleri A.Merkel və Kanadanın Baş naziri C.Trüdo ilə görüşlər keçirəcək”.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır