Əfqanıstanda hava hücumu nəticəsində ən azı 20 silahlı öldürülüb
Bakı, 22 avqust, AZƏRTAC
Əfqanıstanın şimalındakı Bəlx əyalətində “Taliban” hərəkatına məxsus hərbi bazaya hava hücumu nəticəsində ən azı 20 silahlı öldürülüb. AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyinə regionda yerləşən “Şahin” hərbi korpusunun sözçüsü Hənif Rezai məlumat verib. Onun sözlərinə görə, kəşfiyyat məlumatları əsasında Əfqanıstan Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hava hücumları zamanı Zarah rayonunda yerləşən “Taliban” hərəkatına məxsus baza məhv edilib. Burada ən azı 20 silahlı öldürülüb. Bundan başqa, ərazidə 20 motosiklet və silah-sursat anbarı da partladılıb.
Bəlx əyalətində avqustun 21-də baş vermiş silahlı toqquşma zamanı da ordunun bir əsgərinin və altı “Taliban” silahlısının öldüyü bildirilir.
“Taliban” hərəkatından hərbi korpusun məlumatını təsdiq edən bəyanat yayılmayıb. Əfqanıstan ordusu hazırda ölkədəki yaşayış məntəqələrinin əksəriyyətinə və 34 əyalətin inzibati mərkəzlərinə nəzarəti əlində saxlayır. Lakin kənd rayonlarının bir çoxuna nəzarət edən “Taliban” silahlıları aprel ayından hökumət qüvvələrinə hücumlar və terror aktları təşkil edirlər.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır