×
A
A
A
Sazlamalar

Cənubi Koreya Yaponiya ilə hərbi kəşfiyyat məlumatlarının mübadiləsini dayandırır

Bakı, 22 avqust, AZƏRTAC

Cənubi Koreya Yaponiya ilə hərbi kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmağı qərara alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident ofisi məlumat yayıb.
Qeyd edək ki, əsarət illərində məcburi əməyə cəlb edilmiş koreyalıların varislərinə yapon şirkətlərinin kompensasiya ödəmək barədə Cənubi Koreya məhkəməsinin qəbul etdiyi qərardan sonra iki ölkə arasında münasibətlərdə gərginlik yaranıb.
Ötən gün iki ölkənin Xarici İşlər nazirlərinin Pekində keçirilən görüşündə Ümumi Təhlükəsizlik Məqsədilə Hərbi İnformasiya Mübadiləsi Barədə Razılaşma (GSOMİA) adlanan və hərbi kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutan ikitərəfli pakt da müzakirə olunub. 2016-cı ildə imzalanan həmin pakt tərəflərdən biri avqustun 24-dək ondan çıxdığını elan etməyəcəyi təqdirdə avtomatik şəkildə yenilənməli idi.

Dünya 2019-08-22 14:29:00