×
A
A
A
Sazlamalar

Türkiyə ordusu şəhid verib

Ankara, 22 avqust, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Şırnak vilayətinin Silopi rayonu ərazisində PKK terror təşkilatına qarşı geniş antiterror əməliyyatı keçirilib.
AZƏRTAC xəbər verir ki, TRAPO (Türkiyə Petrolları Anonim) şirkətinin təhlükəsizliyi üçün təşkil olunan əməliyyatda üç hərbçi şəhid olub, biri yaralanıb. Atışmada bir terrorçu məhv edilib. Bölgədə antiterror əməliyyatı davam etdirilir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-08-22 02:03:00