×
A
A
A
Sazlamalar

Prokurorluğa işə qəbul olunmaq üçün keçirilən müsabiqə aşkarlıq şəraitindədir və beynəlxalq tələblərə uyğundur

Bakı, 21 avqust, AZƏRTAC
Prokurorluğa işə qəbul 2002-ci ildən başlayaraq müsabiqə qaydasında həyata keçirilir. Bu, sayca 20-ci müsabiqədir. Hazırda Naxçıvan Muxtar Respublikası Prokurorluğu üzrə 8-ci, Baş Prokurorluq üzrə isə 12-ci müsabiqə keçirilir. İşə qəbul olunmaq üçün müraciət etmiş hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun müsabiqə keçirilir. Müsabiqə ixtisas imtahanlarından (test və yazılı) və müsahibədən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi, Müsabiqə Komissiyasının sədr müavini Nazim Rəcəbov avqustun 21-də jurnalistlərə müsahibəsində deyib.
Nazim Rəcəbov bildirib ki, hazırda keçirilən yazılı imtahan namizədin cinayət və cinayət prosessual qanunlarının tətbiq etmək qabiliyyətini müəyyənləşdirmək məqsədilə təşkil olunub. Namizədlər sualları, hüquqi kazusları cavablandırarkən müvafiq qanunun məzmununu kifayət qədər dolğun çatdırmaq və onun izahını vermək bacarıqlarını nümayiş etdirməli, qanunun konsepsiyasını ifadə edə bilməlidirlər. Yazılı imtahan işləri ikiqat yoxlama üsulu ilə Müsabiqə Komissiyasının üzvləri və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanılır. Hər bir suala cavab ən çox 50 bal ilə qiymətləndirilir, müsbət nəticə əldə etmək üçün isə namizəd hər suala verilmiş cavaba görə ən azı 30 bal toplamalıdır.
Müsabiqədə 127 namizəd iştirak edir, eyni zamanda, ixtisas imtahanında müşahidə etmək üçün ölkədə fəaliyyət göstərən müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət olunub.

Sosial 2019-08-21 13:01:00