Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avropa İttifaqı üzv ölkələri din və vicdan azadlığını qorumağa çağırıb

Bakı, 21 avqust, AZƏRTAC 

Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsi ittifaqa üzv ölkələri din, vicdan və etiqad azadlıqlarını qorumağa çağırıb. AZƏRTAC xəbər verir ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Moqerini avqustun 21-də bununla əlaqədar bəyanat yayıb.
Din və etiqad azadlığı zəminində Beynəlxalq Terrorizm Qurbanlarının Xatirəsinin Anım Günü ilə bağlı yayılan bəyanatda deyilir: “Din və vicdan azadlıqlarının pozulmasına qarşı mübarizə aparılması Aİ üçün mühüm məsələdir və üzv ölkələrin hamısı beynəlxalq hüquq normalarına zidd olan bu cür hallara qarşı müqavimət göstərməlidir”.
Federika Moqerini Aİ ölkələrini həmişə din və vicdan azadlığının təmin edilməsi üzrə mübarizənin önündə olmağa çağırıb. O, insanları dini mənsubiyyətinə görə təqib edən şəxslərin cəzalandırılması üçün də sərt tədbirlər görülməsini təklif edib. “Dini azlıqların nümayəndələrinin marjinallaşdırılması və təqib olunması üçün profilaktik tədbirlər görülməlidir. Bu, cəmiyyəti parçalanma təhlükəsindən xilas edər”, -deyə Moqerini vurğulayıb.

Din 2019-08-21 17:26:00