×
A
A
A
Sazlamalar

Ərdəbildə 133 kiloqram narkotik vasitə tutulub

Tehran, 21 avqust AZƏRTAC

İranın Ərdəbil şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində 133 kiloqram narkotik vasitə müsadirə olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə sərhədə doğru hərəkət edən “Peugeot” markalı minik maşınına baxış zamanı yük bölməsində narkotik vasitə aşkarlanıb.
Ərdəbil polisinin narkotiklərə qarşı mübarizə idarəsinin əməkdaşı, mayor Keyvan Zərrinki bildirib ki, əməliyyat nəticəsində bir nəfər həbs edilib. Faktla bağlı istintaq aparılır.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2019-08-21 17:00:00