×
A
A
A
Sazlamalar

Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir VİDEO

Bakı, 21 avqust, AZƏRTAC

Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu imtahanı müşahidə edən Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov jurnalistlərə müsahibəsində deyib.
S.Məmmədov bildirib ki, prokurorluq orqanlarına qəbul 2002-ci ildən test və yazılı imtahanlar yolu ilə həyata keçirilir. Biz də həmin dövrdən imtahanları müşahidə edirik. Hüquq-mühafizə, ədliyyə və məhkəmə orqanları arasında müqayisə aparsaq, bu imtahanlar yolu ilə tərkibi ən çox dəyişən prokurorluq orqanlarıdır. Prokurorluq orqanlarında çalışan bütün işçilərin 67-70 faizi imtahan prosedurlarını keçərək işə qəbul olunub. Həmin şəxslər arasında artıq rayon prokurorları, prokuror köməkçiləri və yüksək vəzifə tutanlar var. Yəni imtahanları uğurla verib işə başlayanlar artıq prokurorluq orqanlarının bütün strukturlarında özlərinə mövqe tutublar, yüksək vəzifələr əldə ediblər. Onlar qanunvericiliklə prokurorluğun üzərinə qoyulan vəzifələri uğurla yerinə yetirirlər. Bizim proseslər kifayət qədər şəffaf həyata keçirilir. İmtahan Dövlət İmtahan Mərkəzi ilə birgə təşkil edilir. Sonrakı mərhələlərin hamısı ictimaiyyət üçün açıqdır. Qəbul prosesi kifayət qədər ədalətlidir. Yeganə kriteriya odur ki, bilik və məntiq olsun. Bu iki meyara cavab verən hər bir şəxs burada imtahan prosedurlarını keçə bilir. Test imtahanından sonra artıq 127 nəfər növbəti - yazılı imtahan mərhələsində iştirak hüququ qazanıb. Ümidvaram ki, onların əksəriyyəti bütün mərhələləri keçəcək və prokurorluq orqanlarında dövlətimizi ləyaqətlə təmsil edəcəklər.

Sosial 2019-08-21 13:15:00

Video