Pensilvaniya-avenyunun Ağ Ev qarşısındakı bir hissəsi piyadalar üçün bağlanacaq
Vaşinqton, 21 avqust, AZƏRTAC
Pensilvaniya-avenyunun Ağ Evin cənub qurtaracağı boyunca keçən hissəsi piyadalar üçün bir müddət bağlı olacaq.
AZƏRTAC Milli Parklar Xidmətinə istinadla xəbər verir ki, yolun bu sahəsi yeddi ay müddətinə bağlanır. Bu, Ağ Evin dövrəsində daha hündür və daha təhlükəsiz hasarın tikilməsindən ötrüdür. Bu gündən başlayaraq “West Executive Avenue”dan “East Executive Avenue”yadək hissə bağlı olacaq. Hündürlüyü 4 metr olacaq yeni hasarın hündürlüyü hazırda 2 metrdir.
Bundan başqa, yeni tikilidə çəpərləmə daha davamlı olacaq, potensial cinayətkarların aşkarlanmasından ötrü yeni texnologiyalar əlavə ediləcək. Yeni tikilinin 2020-ci ilin martında hazır olacağı gözlənilir.
Rəsmi şəxslər bəyan ediblər ki, nümayişlərin Ağ Evin şimal hissəsində, qonşu Lafayet parkında keçirilməsinə hələ də icazə veriləcək. Prezident iqamətgahına ekskursiyalar da adi rejimdə davam edəcək. Hasarın tikilməsi prosesi 1067 metrdən artıq polad sərf olunmaqla səkkiz mərhələdə həyata keçiriləcək.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır