San-Fransisko beynəlxalq aeroportu kiçik plastik su butulkalarının satışına qadağa qoyub
Vaşinqton, 21 avqust, AZƏRTAC
Çərşənbə axşamı San-Fransisko beynəlxalq aeroportunda bir litrdən az həcmli plastik su butulkaların satışına qadağa qüvvəyə minib. Lakin səyahətçilərə böyük həcmdə plastik qablaşdırmada su almaq əvvəlki kimi təklif olunur.
AZƏRTAC San-Fransisko hava limanı administrasiyasının bəyanatına istinadla xəbər verir ki, aeroportda yerləşən bütün restoranlar, pərakəndə satış mağazaları, ticarət avtomatları suyu alüminium, şüşə, təkrar emal oluna biləcək, yaxud Bioloji Parçalanan Ərzaqlar İnstitutu tərəfindən sertifikatlaşdırılmış butulkalarda satmalıdırlar.
Yeni qaydalar bir litrdən az həcmli bütün butulkalara aid edilir. Lakin qazlı içkilər, soyuq çay və meyvə şirəsi olan butulkalara qadağa qoyulmur.
Aeroportun direktoru İvar S.Satero bəyan edib ki, administrasiya bu addımı atmaqla şəhərin zibilxanalarına daxil olan tullantıları sıfır həddinə çatdırmaq məqsədinə yaxınlaşmağa cəhd edir.
San-Fransisko şəhər administrasiyası 2021-ci ilədək tullantıları sıfır həddinə çatdırmağa ümid edir. Lakin bir sıra istehlakçılar qadağanın bütün içkilərə deyil, niyə məhz plastik su butulkalarına qoyulması barədə narazılıqlarını bildirirlər. Hava limanının istifadəçilərinin fikrincə, qaydalar bütün içkilərə aid edilməlidir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır