×
A
A
A
Sazlamalar

Azərbaycan 6 ayda 1,2 milyard dollarlıq təbii qaz ixrac edib

Bakı, 20 avqust, AZƏRTAC

SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, 6 ayda Azərbaycandan 5 milyard 979,7 milyon kubmetr təbii qaz ixrac olunub. Yanvar-iyun aylarında ixrac olunan təbii qazın dəyəri isə 1 milyard 201 milyon 171 min ABŞ dolları təşkil edib.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən bildirilib.

Neft - qaz 2019-08-20 18:21:00