×
A
A
A
Sazlamalar

Myanmada daşqin səbəbindən 200 minədək insan köçkün vəziyyətinə düşüb

Bakı, 20 avqust, AZƏRTAC 

İyunun 25-dən Myanmada yağan güclü yağış nəticəsində yaranan sel və torpaq sürüşmələri nəticəsində 82 nəfər ölüb, 200 minədək insan isə köçkün vəziyyətinə düşüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətləri İdarəetmə Xidməti məlumat yayıb. Məlumatda qeyd edilir ki, fəlakətdən ən çox Mon əyaləti zərər çəkib. Əyalətin Ye Pyar Kone qəsəbəsində avqustun 9-da baş verən torpaq sürüşməsindən sonra aparılan axtarışlarda hələ ki, 69 nəfərin cəsədi tapılıb.

Dünya 2019-08-20 16:53:00