×
A
A
A
Sazlamalar

Vergilər naziri Quba rayonunda vətəndaşları qəbul edəcək

 

Bakı, 19 avqust, AZƏRTAC 

Vergilər naziri Mikayıl Cabbarov 2019-cu il avqustun 23-də Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Quba şəhəri, Yeni Körpü, 1) Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının sakinlərini qəbul edəcək.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar avqustun 20-22–də Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qusar, Xaçmaz və Şabran rayonları vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin “[email protected]” elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Regionlar 2019-08-19 19:16:00