×
A
A
A
Sazlamalar

Astarada tələbə və gənclərin işə qəbuluna dair maarifləndirmə tədbiri keçirilib

Bakı, 19 avqust, AZƏRTAC

Astara Gənclər evində rayon gənclər və idman idarəsinin dəstəyi ilə “ABŞ Məzunları” İctimai Birliyinin üzvü, Arkanzas Universitetinin məzunu Aynur Dadaşovanın müəllifi olduğu layihə çərçivəsində tələbə və gənclərin işə qəbuluna dair təlim keçirilib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılış mərasimində Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov və əməkdaşı Rufan Şirinov tədbirin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq həyata keçirildiyini vurğulayıblar.
Layihənin müəllifi və təlimçisi Aynur Dadaşova proqrama uyğun olaraq, “CV-lərin düzgün hazırlanması”, “Motivasiya məktubunda nəyə diqqət edilməlidir?”, “Müsahibəyə hazırlıq” mövzularında iştirakçılara məlumat verib. Təlimin gedişində iştirakçılar qruplara bölünərək verilən tapşırıqları cavablandırıblar.

 

Sosial 2019-08-19 15:14:00