×
A
A
A
Sazlamalar

Xaçmazda üç nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xaçmaz, 18 avqust, Elxan Yusifli, AZƏRTAC
Avqustun 18-i günorta saatlarında Xaçmazda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində “VAZ 2107” markalı nəqliyyat vasitəsi “Ford” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində yaralanalar təcili-tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alanlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-08-18 15:53:00