×
A
A
A
Sazlamalar

Qubada toy karvanının hərəkəti zamanı avtomobilin qəzaya uğraması bir nəfərin xəsarət alması ilə nəticələnib VİDEO

Bakı, 17 avqust, AZƏRTAC 

Avqustun 17-də Qubada toy karvanının tərkibində hərəkətdə olan nəqliyyat vasitəsinin qəzaya uğraması bir nəfərin xəsarət alması ilə nəticələnib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Quba yolunda baş verən hadisə zamanı rayon sakinləri Bəhruz Süleymanov və Rasim Aydəmirovun idarə etdikləri “VAZ 2107” markalı avtomobillər toqquşub. Qəzada B.Süleymanovun avtomobilində olan həyat yoldaşı yüngül xəsarətlər alıb.
Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-08-17 14:57:00

Video