×
A
A
A
Sazlamalar

124 min suriyalı Suriya-Türkiyə sərhədindəki düşərgələrə köçüb

Bakı, 16 avqust, AZƏRTAC 

Qurban bayramı günlərində İdlibdə baş verən döyüşlər nəticəsində 124 min mülki suriyalı Suriya-Türkiyə sərhədindəki düşərgələrə köçüb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli QHT-lərdən olan Suriya Müdaxilə Əlaqələndirmə Təşkilatının rəhbəri Məhəmməd Həllac məlumat verib. Onun sözlərinə görə, 19231 ailənin əksəriyyəti Türkiyə ilə sərhəddəki Atmə, Kah, Deyr Həsən və Kəfər Lusin düşərgələrinə köçüb. Onlardan bir qismi “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatlarının aparıldığı bölgələrə yönəliblər. Onların köç etmələrinin əsas səbəblərindən biri də yaşadıqları bölgələrin mühasirəyə alınması təhlükəsidir.

Dünya 2019-08-16 18:57:00