×
A
A
A
Sazlamalar

“Avtodor” şirkəti Rusiyada on ildə 1053 kilometr müasir sürətli yol tikib

Bakı, 16 avqust, AZƏRTAC 

Rusiyanın “Avtodor” dövlət şirkəti tərəfindən tikilən sürətli yolların uzunluğu 2019-cu ilin sonunadək 200 kilometr artacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla bildirir ki, sonrakı 6 ildə daha 1700 kilometr yolun inşası nəzərdə tutulub. Hazırda 55,7 kilometr sürətli yol istismara verilib ki, bunun da əsas hissəsi M-11 Moskva-Sankt Peterburq magistral yolunun üzərinə düşür. Daha 103,4 kilometr yol hazırlıq mərhələsindədir.
“Avtodor” şirkətinin idarə heyətinin sədri Vyaçeslav Petuşenkonun sözlərinə görə, 10 il ərzində şirkət 1053 kilometr müasir sürətli yol tikib. Bununla belə, gələcək 6 ildə daha 1700 kilometr yolun inşası planlaşdırılır.
Qeyd olunub ki, şirkət 2009-cu ildə yaradılıb.

 

Dünya 2019-08-16 18:38:00