×
A
A
A
Sazlamalar

Qaqauziyada qadınlara qarşı zorakılıqla mübarizə mərkəzi yaradılır

Kişineu, 16 avqust, AZƏRTAC
Moldovanın Qaqauziya Muxtar Respublikasında ilk dəfə olaraq qadınlara qarşı zorakılıqla mübarizə ilə bağlı mərkəz yaradılır.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, BMT-nin proqramı çərçivəsində ilin sonunda Qadınlara Yardım Mərkəzi fəaliyyətə başlayacaq. Mərkəz eyni vaxtda 20 qadın və uşağı qəbul etmək imkanına malik olacaq. Hər ailə üçün ayrıca otaqlar mövcud olacaq.
Mərkəzdə qadınlara psixoloji, sosial və hüquqi yardımlar ediləcək. Bundan başqa, Mərkəz qadınlara iş yerlərinin tapılmasında da köməklik göstərəcək.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Dünya 2019-08-16 13:55:00