×
A
A
A
Sazlamalar

Türkiyə polisi 110 kiloqramdan çox narkotik vasitə ələ keçirib

Ankara, 16 avqust, AZƏRTAC

Türkiyənin Van vilayətinin İpəkyolu rayonu ərazisində polis tərəfindən saxlanılan avtomobildən 111,82 kiloqram heroin ələ keçirilib.
AZƏRTAC xəbər verir ki, narkotik vasitə üç bağlamada olub. Avtomobil narkotiklərin axtarışında istifadə olunan xüsusi təlim görmüş itin reaksiyasından sonra şübhəli bilinərək saxlanılıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-08-16 12:54:00