×
A
A
A
Sazlamalar

Almaniyanın Şərqində sağçı radikallar, qərbində isə mühafizəkarlar populyardır

Berlin, 16 avqust, AZƏRTAC

Almaniyada sağçı radikallar qüvvələrin populyarlığı artır.
AZƏRTAC xəbər verir ki, son sosioloji təhqiqatların nəticələrinə görə, ölkənin şərqi federal əyalətləri bu qüvvələri daha çox dəstəkləyir. AFR-ın hakim Xristian Demokrat İttifaqı və Sollar Partiyası ilə müqayisədə sağçı radikal AfD-ni əhalinin dörddə bir hissəsi dəstəkləyir. Almaniya Sosial Demokrat Partiyası (ASDP) isə əhalinin cəmi 12 faizi arasında populyardır.
Bu vəziyyət qərb əyalətlərində güclü fərqlənir. Burada 27 faiz göstərici ilə XDİ/XSİ bloku liderdir. Onun ardınca “Yaşıllar” (24 faiz), ASDP (14 faiz), AfD (12 faiz), Almaniya Azad Demokrat Partiyası (9 faiz) və Sollar Partiyası (8 faiz) gəlir.
2015-ci ilin miqrasiya böhranından sonra qərb əyalətlərində sağçı radikal qüvvələrin populyarlığı xeyli artıb.

 

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Dünya 2019-08-16 12:12:00