×
A
A
A
Sazlamalar

Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adı açıqlanıb

Riqa, 16 avqust, AZƏRTAC

Latviya hökuməti Azərbaycan, Niderland və NATO-dakı yeni səfirlərinin adlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Latviyanın ölkəmizdəki yeni səfiri Daynis Qarançs olacaq. O, bu postda 2015-ci ildən bəri fəaliyyət göstərən Yuri Maklakovsu əvəz edəcək.
Daynis Qarançs indiyədək Ukrayna, Özbəkistan, Polşa, Qazaxıstan və İsveçdə ölkəsini təmsil edib.
Latviyanın Niderlanddakı səfiri isə Ayqa Liepinya, NATO-dakı daimi nümayəndəsi Edqars Skuya olacaq. Hər üç diplomata Latviya Prezidentinin etimadnaməsi təqdim olunub.


Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Siyasət 2019-08-16 11:53:00