×
A
A
A
Sazlamalar

Zaqatala rayonunda baş verən intihar hadisəsi ilə bağlı zəruri istintaq tədbirləri davam etdirilir

Bakı, 16 avqust, AZƏRTAC
Zaqatala şəhərində yaşamış 1980-ci il təvəllüdlü Feyzullayev Musa Feyzulla oğlunun avqustun 15-də Qax rayonunda valideynlərinin yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, meyitin xarici müayinəsi zamanı boyun nahiyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İntiharın səbəblərinin araşdırılması məqsədilə iş üzrə mərhumun ailə üzvlərinin və digər şəxslərin ifadələri alınıb.
İlkin istintaq araşdırmaları ilə müəyyən edilib ki, dörd aya yaxın müddətdə Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri işləmiş mərhum M.Feyzullayevin intihar etməsinə səbəb ailə-məişət zəminində və şəxsi problemləri olub. M.Feyzullayevin intihar etməsi xidməti fəaliyyəti ilə bağlı deyil.

Sosial 2019-08-16 11:51:00