Rusiyanın ən bahalı və ən ucuz otellərinin siyahısı açıqlanıb
Bakı, 15 avqust, AZƏRTAC
Rusiyanın ən bahalı və ən ucuz otellərinin siyahısı açıqlanıb.
AZƏRTAC Rusiyanın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin ən bahalı oteli Vladivostok şəhərində yerləşir. Şəhərdə otelin nömrəsi 5954 rubldur ki, bu da Rusiyadakı orta göstəricidən 1,5 dəfə çoxdur. Ən ucuz otel isə (2574 rubl) Volqoqrad şəhərindədir.
Vladivostokdan başqa bahalı otellər Aluşta, Moskva, Krasnoyarsk və Sankt-Peterburq şəhərlərindədir. Ucuz otelləri isə Novosibirsk, Krasnodar, Rostov və Voronej şəhərlərində tapmaq olar.
Ümumilikdə isə Moskva, Ufa, Krasnodar və Novosibirsk şəhərlərində qiymətlər praktiki olaraq dəyişmir.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır