×
A
A
A
Sazlamalar

Yükdaşıma ilə məşğul olan şəxslər 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir

Bakı, 15 avqust, AZƏRTAC 

Mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitəsi olmadan yüklərin beynəlxalq daşınmasını müqavilə əsasında daşıyıcılar vasitəsilə həyata keçirən şəxslərin hansı vergi öhdəliyi yaranır?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, yükdaşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar vergi tutulan əməliyyatların həcmi 200 min manatdan artıq olduqda, bu xidmətlər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.
Bu fəaliyyətdən əldə edilən ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Maliyyə 2019-08-15 14:33:00