×
A
A
A
Sazlamalar

Mərkəzi Bank 100 milyon manat cəlb edir

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 14-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 12 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,26-8,24 faiz təşkil edir.

Maliyyə 2019-08-10 13:56:00