×
A
A
A
Sazlamalar

Yeddi ayda “Azəriqaz” tərəfindən 54 mindən çox abonent qeydiyyata alınıb

Bakı, 9 avqust, AZƏRTAC

2019-cu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İB-də əhali sektoru üzrə 54 min 341 yeni abonent qeydiyyata alınıb.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bunun da 29 min 579-u Bakı, Abşeron və Sumqayıt, 24 min 762-si isə regionların payına düşür. 2019-cu ilin təkcə iyul ayı ərzində əhali sektoru üzrə 6745 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4909-u Bakı, Abşeron və Sumqayıt, 1836-sı isə regionların payına düşür.
Beləliklə, avqustun 1-nə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 milyon 238 min 584-ə bərabərdir. Bu rəqəmin 2 milyon 207 min 831-i əhali, 30 min 753-ü qeyri-əhali sektoruna aiddir. Bundan başqa Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 862 min 4, regionlar üzrə isə 1 milyon 376 min 580 təşkil edir.
Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5000 kubmetr limit ayrılıb.

Neft - qaz 2019-08-09 19:54:00