×
A
A
A
Sazlamalar

Qurban bayramı ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı, 9 avqust, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar avqustun 12-13-də qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə Bakı, Gəncə və Lənkəran şəhərlərində 21 bankın 54 filial və şöbəsi fəaliyyət göstərəcək. Bu banklardan 8-nin Bakıda yerləşən 12 filial və şöbəsi 24/7 rejimində çalışacaq.
Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə müraciət etmək mümkündür:
Əlaqələndirici şəxs: Azər Quluyev
E-mail: [email protected]
Tel: (+994) 70 922 29 99

Maliyyə 2019-08-09 18:30:00