×
A
A
A
Sazlamalar

Gənclər və İdman nazirinin müavini Tovuzda vətəndaşların qəbulunu keçirib

Bakı, 9 avqust, AZƏRTAC

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev avqustun 9-da Tovuz rayonunda Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, qəbulda 15-dən çox vətəndaş iştirak edib.
Vətəndaşlar idman avadanlığının, fəxri adların, məşqçilik dərəcələrinin verilməsi, qeyri-hökumət təşkilatlarının yaradılması, Gənclər evinin tikintisi və şəxsi məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerində həll olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.

Sosial 2019-08-09 17:25:00