×
A
A
A
Sazlamalar

Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş şəxs saxlanılıb

Bakı, 8 avqust, AZƏRTAC

Dövlət Sərhəd Xidməti (DSX) sərhədlərimizin etibarlı mühafizəsi tədbirlərini davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, avqustun 7-də Xidmətin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş bu ölkə vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində saxlanılıb.
Fakt üzrə cinayət işi başlanıb. Zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Sosial 2019-08-08 10:56:00