×
A
A
A
Sazlamalar

Yardımlıdakı maarifləndirmə tədbirində insan alverinin fəsadlarından danışılıb

Bakı, 7 avqust, AZƏRTAC

Lənkəran Regional Miqrasiya İdarəsinin xidməti ərazisinə daxil olan Yardımlı rayonunda “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamıyev tədbirdə çıxış edərək insan alveri və qanunsuz miqrasiyanın qarşısını almaq üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
Lənkəran Regional Miqrasiya İdarəsinin rəisi Səmədağa Abdullayev insan alveri və qanunsuz miqrasiyanın mahiyyəti, doğurduğu təhlükələr barədə məlumat verib. Bildirib ki, DMX insan alverinə qarşı mübarizə ilə əlaqədar qəbul edilmiş sənədlərin icrası istiqamətində müvafiq tədbirlər görür. Regionlarda maarifləndirmə işinin təşkili məqsədilə müvafiq kampaniyaların davam etdirilməsi bu baxımdan əhəmiyyətlidir.
Tədbirdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda məruzə dinlənilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

Sosial 2019-08-07 18:57:00