Müəssisələrin kollektivlərinin fövqəladə hadisələr zamanı davranış qaydalarına dair bilikləri təkmilləşdirilir
Bakı, 7 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi avqustun 6-da “Azərxalça” ASC-nin Ağdam filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Nazirliyin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin məsul əməkdaşları və müəssisənin kollektivi iştirak edib.
Toplantının keçirilməsində məqsəd müəssisə kollektivinin baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərinin daha da təkmilləşdirilməsi olub. Görüşdə “Zəlzələ”, “Sel və daşqınlar”, “Dəm qazı”, “112 qaynar telefon xətti”nə müraciət qaydaları” mövzularında çıxışlar edilib, mövzulara dair videoçarxlar nümayiş olunub.
Görüşün sonunda kollektivi maraqlandıran suallar cavablandırılıb, maarifləndirici çap materialları paylanılıb.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb