×
A
A
A
Sazlamalar

Cəzaçəkmə müəssisələrində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi ilə bağlı seminarlar keçirilib

Bakı, 6 avqust, AZƏRTAC

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2019-cu il üçün təsdiq edilmiş tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli təşkili, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşü 2 və 9 saylı cəzaçəkmə müəssisələrində və Şəki Penitensiar Müəssisəsində keçirilib. “Radikal dini qurumların psixoloji təsir metodları” və “Tolerant Azərbaycanda birgə yaşayış ənənələri” mövzularında keçirilmiş seminar-treninqlərdə məhkumlarla ətraflı müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

 

Sosial 2019-08-06 19:16:00