×
A
A
A
Sazlamalar

Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirilib

Bakı, 5 avqust, AZƏRTAC 

Avqustun 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Cəlilabadda seminar-müşavirə keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən seminar-müşavirədə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsöndürmə vasitələri, qığılcımsöndürənlər və süpürgələrlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməsinin, su mənbələrinə yollar salınmasının, hovuzların yanında avtomobillərin dönə bilməsi, manevr etməsi üçün meydançaların olmasının zəruriliyi vurğulanıb.
Tədbirdə Dövlət Aqrar İnkişaf Mərkəzinin, Meliorasiya və Suvarma Sistemləri İdarəsinin məsul əməkdaşları, pambıq əkini aparmış yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin nümayəndələri, sahibkarlar iştirak ediblər.

Sosial 2019-08-05 17:48:00