×
A
A
A
Sazlamalar

Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 83,9 faiz olub

Bakı, 2 avqust, AZƏRTAC

Yanvar-iyun aylarında Bakıda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artaraq 19,9 milyard manat təşkil edib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, sənaye məhsulunun 16,7 faizi emal sektorunda istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,9 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,1 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyulun 1-nə 253,3 milyon manatlıq hazır məhsul ehtiyatı qalıb.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 53,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Sənaye 2019-08-02 13:02:00