×
A
A
A
Sazlamalar

Xətai və İsmayıllı rayonlarının təbii qaz təchizatı dayandırılıb

Bakı, 2 avqust, AZƏRTAC 

Bu gün saat 09:00-dan etibarən orta təzyiqli qaz kəmərlərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən həyət evləri, Naximov, Zeytun yaşayış massivlərində təbii qaz təchizatı dayandırılıb. Saat 09:30-dan 17:30-dək müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar İsmayıllı rayonunun 2 yaşayış məntəqəsində də qaz təchizatı dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Neft - qaz 2019-08-02 09:53:00