×
A
A
A
Sazlamalar

“BP Azerbaijan” bu il SOCAR-a 1 milyard kubmetrədək səmt qazı verib

Bakı, 1 avqust, AZƏRTAC

Birinci yarım ildə “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 5 milyon kubmetrdən çox, ümumilikdə isə 0,9 milyard kubmetr səmt qazı verib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Bu barədə AZƏRTAC-a “BP Azerbaijan”dan məlumat verilib.

Neft - qaz 2019-08-01 15:24:00