×
A
A
A
Sazlamalar

Beynəlxalq Valyuta Fondu neftin qiymətinə dair proqnozunu artırıb

Bakı, 23 iyul, AZƏRTAC

Beynəlxalq Valyuta Fondu (IMF) cari il və gələn ilə dair neftin qiyməti ilə bağlı proqnozunu artırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə fond məlumat yayıb. Bildirilir ki, IMF bu il neftin bir barrelinin orta qiymətinin 65,52 dollar, 2020-ci ildə isə 63,88 dollar/barrel olacağını proqnozlaşdırır.
Qeyd edək ki, IMF əvvəlki məlumatında neftin bu il və növbəti il üzrə qiymətinin müvafiq olaraq 59,16 dollar/barrel və 59,02 dollar/barrel olacağını nəzərdə tuturdu.

Neft - qaz 2019-07-23 18:29:00