×
A
A
A
Sazlamalar

Gürcüstan iyulda Azərbaycandan 41,1 milyon kilovat/saat elektrik enerjisi alıb

Tbilisi, 22 iyul, AZƏRTAC

Gürcüstan elektrik enerjisi üzrə yaranmış problemi Azərbaycandan aldığı elektrik enerjisi hesabına həll etməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcüstan Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru” (ESCO) məlumat yayıb.
Bildirilir ki, Gürcüstan iyulun 1-dən 18-dək Azərbaycandan 41,1 milyon kilovat/saat elektrik enerjisi idxal edib.
Ötən ilin iyulunda isə Gürcüstan 1,16 milyon kilovat/saat elektrik enerjisi idxal etmişdi. Bunun da 1,14 milyon kilovat/saatı Azərbaycanın, qalan 17,73 min kilovat/saatı isə Rusiyanın payına düşmüşdü.
İyulda qonşu ölkə adətən elektrik enerjisi ixrac edir, idxal isə təxminən sıfıra bərabər olur.
Hazırda Azərbaycandan idxal Gürcüstandakı su elektrik stansiyalarında (SES) istehsalın azalması və istehlakın artması ilə əlaqədardır.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Energetika 2019-07-22 16:52:00