×
A
A
A
Sazlamalar

Bu ildən istehsal binasından kənara buraxılan energetik içkilər aksiz vergisinə cəlb olunmur

Bakı, 22 iyul, AZƏRTAC
2018-ci ilin müvafiq dövrlərində istehsal olunan energetik içkilər cari ildə satıldıqda aksiz dərəcələri tətbiq olunmalıdır?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsalının hüdudlardan kənara buraxılması, idxal malları üçün - Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması aksiz vergisinin vergitutma obyektini təşkil edir. Bu il yanvarın 1-dən istehsal binasından kənara buraxıldığı halda alkoqollu və alkoqolsuz energetik içkilər aksiz vergisinə cəlb olunmur.

Maliyyə 2019-07-22 11:51:00